Təhsil naziri təhsildə baş verəcək dəyişikliklərdən danışıb Hadisə

Təhsil naziri təhsildə baş verəcək dəyişikliklərdən danışıb

"Bakı məktəblərində 10 faiz sıxlıq var". Bunu Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, buna səbəb həmin məktəblər üzrə müraciət edənlərin sayının çox olmasıdır: "Ona görə də təklif etdik ki, ilk növbədə müvafiq məktəbin əhatə etdiyi ərazidə yaşayanlar həmin məktəbə qəbul edilsin. Bundan sonra boş yer qaldıqda digər müraciət edənlər qəbul ediləcək".
Təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə imtahansız qəbul edilməsi məsələsinə də münasibət bildirib.
Nazir deyib ki, bunun tətbiq edilməsində problem görmür. Ceyhun Bayramov qeyd ki, bu il respublika fənn olimpiadalarından 298 nəfər I, II, III yerləri tutub ki, onlardan 150 nəfərə qədəri bölgələri təmsil edib: "Burada söhbət ondan gedir ki, dünya fənn olimpiadasında olduğu kimi, şəxs məsələn kimya fənndindən qalib olubsa, məhz o ixtisasdan üzrə ali məktəbə qəbul oluna bilər".
Nazir onu da bildirib ki, 8 fənn üzrə respublika fənn olimpiadası keçirilir.
"Azərbaycanda gələn tədris ilindən orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur"-deyən nazir qeyd edib ki, bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: "Hesab edirəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq".