Direktor vakansiyalarına seçim necə aparılır? Hadisə

Direktor vakansiyalarına seçim necə aparılır?

Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada bir neçə mərhələdən ibarət müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Müsabiqə 3 mərhələdən ibarət olur: elektron ərizələrin qəbulu, test və müsahibə mərhələsi.
Hər 3 mərhələdən uğurla keçən - test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur. Direktorların işə qəbulunda müsabiqə nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
Qeyd edək ki, Bakıda yerləşən ümumi təhsil müəssisələrində direktor işləmək istəyən iddiaçılar vakansiya seçimi etmir, rayonlarda isə 4 yer seçmək şansları var.