Belarusla imzalanmış bir sıra sənədlər təsdiqlənib Hadisə

Belarusla imzalanmış bir sıra sənədlər təsdiqlənib

Milli Məclisin ötən gün keçirilən iclasında Azərbaycan və Belarus arasında imzalanmış bir sıra sənədlər təsdiq olunub.
Sazişlər müxtəlif sahələri əhatə edir.
Bunlar Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" saziş və "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2004-cü il 5 noyabr tarixli sazişə əlavə və dəyişikliklər edilməsi barədə" protokoldur.
Hər üç sənəd səsə qoyularaq təsdiq olunub.