“Qala” qoruğunun yaranmasının 30 illiyi qeyd edilib Hadisə

“Qala” qoruğunun yaranmasının 30 illiyi qeyd edilib

Dekabrın 18-də "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi münasibətilə "Qala Abşeronun Tarixi- Etnoqrafik İrsi" adlı tədbir keçirilib. Tədbiri qoruğun direktoru Məlahət Fərəcova açaraq qoruqda 30 il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu daima dövlət tərəfindən qorunan böyük əhəmiyyətli abidələrimizdəndir. Qoruq unudulmuş, qədim adət-ənənələrin etnoqrafik material kimi bir yerdə cəmləşməsi, öyrənilməsi kimi çox əhəmiyyətli bir missiyanı yerinə yetirir.
"İçərişəhər" Tarix-Memarlıq Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov qoruq əməkdaşlarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Tədbirdə kənd ağsaqqalları iştirak edərək tarixi irs haqqında danışıblar.
Sonra milli musiqili proqramı təqdim edilib. Eyni zamanda, qonaqlar Bakı kəndlərinə məxsus olan milli yeməklərimizdən sayılan düşbərənin hazırlanması və ocaq üstündə bişirilməsi prosesində iştirak ediblər.