Xəzər və Culfa rayonlarının icra başçıları işdən çıxarılıb Hadisə

Xəzər və Culfa rayonlarının icra başçıları işdən çıxarılıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Gülağa İslamov 1948-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub. 1995-ci ilin yanvarın 25-də Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Prezident İlham Əliyev Şükür Babayevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.