Jurnalistlər üçün yeni müsabiqə Hadisə

Jurnalistlər üçün yeni müsabiqə

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqə elan edir.
Müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqənin mövzusu

"Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Qəzetdə dərc olunmuş yazıda "Səbail rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Mükafatlandırma

Müsabiqədə
I -ci yer üçün bir nəfər (1 000 AZN)
II -ci yer üçün bir nəfər (800 AZN)
III -cü yer üçün bir nəfər (600 AZN)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər, həmçinin Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında daha ətraflı məlumatı www.kivdf.gov.az saytından almaq olar.

XC