Azərbaycanın ali hərbi məktəblərinə qəbul başlayır Hadisə

Azərbaycanın ali hərbi məktəblərinə qəbul başlayır

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali hərbi məktəblərinə kursant qəbulu üçün müsabiqə elan edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Ali hərbi məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 AZN məbləğində təqaüd alırlar. Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlə də təmin olunurlar. Hərbi məktəbləri bitirən məzunlara hərbi ixtisaslarla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 21-dən 30-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə müraciət edə bilərlər.