Novruz Məmmədovdan sərt ittiham Hadisə

Novruz Məmmədovdan sərt ittiham

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiyanın RBK telekanalını ictimaiyyəti aldatmaqda təqsirləndirib.
O, öz "Twitter" səhifəsində yazıb ki, bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır: "RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir. RBK kanalı 2 ermənini dəvət edərək, Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır".
Qeyd edək ki, RBK-nın aparıcısı Janna Nemtsova öz verilişinə uydurma "Dağlıq Qarabağ Respublika"sının "Xarici İşlər Nazirliyi"nin müşaviri Arsen Məlik-Şahnazarovu və daha bir erməni politoloqu dəvət edib, separatçı Dağlıq Qarabağ rejimini verilişində "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edib.