Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
08:50
385
ABŞ hökumətinin məlumatlarına əsasən, 2024-cü ildə Pentaqon Ermənistana ayırdığı hərbi maliyyələşməni kəskin şəkildə artırıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ-nin "Xarici Hərbi Maliyyələşdirmə" proqramı çərçivəsində Ermənistana hərbi yardımı hələ 2002-ci ildən başlayıb. Ümumilikdə, 2024-cü maliyyə ilinə qədər ABŞ-nin Ermənistana göstərdiyi hərbi maliyyələşmənin ümumi həcmi 60 milyon dolları keçib.
"RİA Novosti"nin tanış olduğu Pentaqonun statistikasına əsasən, maliyyələşmə 2024-cü maliyyə ilində kəskin yüksəlib. Həmin vaxt ABŞ Ermənistana 8,1 milyon dollardan çox vəsait yönəldib. 2023-cü ildə bu məbləğ cəmi 16 min dollar, 2022-ci ildə isə təxminən 1,3 milyon dollar təşkil edirdi. 2025-ci il üzrə göstəricilər hələlik dərc olunmayıb.
Məryəm Quliyeva