BAXCP İdarə Heyətinin iclası keçirilib Hadisə

BAXCP İdarə Heyətinin iclası keçirilib

Fevralın 17-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.
BAXCP İdarə Heyəti "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2014-cü il fevralın 13-də imzaladığı sərancamı yüksək qiymətləndirib.
İdarə Heyətinin iclasında qeyd olunub ki, andlılar məhkəməsi institutunun tətbiqi ilə bağlı qanunvericilikdə yer alan müddəaların icrasına başlanılması bu sahədə mövcud olan bir çox problemlərin aradan qaldırılmasına səbəb ola bilər.
BAXCP hesab edir ki, bu yolla məhkəmə sistemində ədalətin qorunmasına, insanların məhkəmə islahatlarının aparılmasında inamına nail olmaq mümkündür.