Qiymətlər dayanmaq bilmir – kirayə bazarında kritik vəziyyət
28 Yanvar 23:50
28 Yanvar 23:50
28 Yanvar 23:48
28 Yanvar 23:38
28 Yanvar 23:38
27 İyun 2019 11:16
4 361
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Hüquqşünaslıq” ixtisasının “Kommersiya hüququ” ixtisaslaşması üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Dissertasiya işləri “Mülki proses və kommersiya hüququ” kafedrasında Azərbaycan dilində geniş həcmdə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib. Magistrantların elmi və peşə hazırlığını yüksək qiymətləndirən Yekun Dövlət Attestasiya Komissiyasının sədri Sahil Babayev müdafiədə iştirak edən magistrantlara rəhbərlik etdiyi nazirlikdə ixtisasları üzrə iş təklif edib.
Qeyd edək ki, “Kommersiya hüququ” ixtisaslaşması üzrə dissertasiya işlərini müdafiə edən altı magistrantın hər biri “əla” qiymət alıb.
Müdafiədə BDU-nun rektoru Elçin Babayev də iştirak edib.
28 Yanvar 19:17
1 050
28 Yanvar 19:15
1 008
28 Yanvar 17:03
1 176