Riçard Morninqstar Azərbaycanı tərk edib Hadisə

Riçard Morninqstar Azərbaycanı tərk edib

Səlahiyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ötən gün səhər saatlarında ölkəni tərk edib. Bu barədə APA-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən bildiriblər.
R. Morninqstar 2012-ci ildən 2014-cü ilə qədər ABŞ-ın Azərbaycanda səfiri olub.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyi irəli sürüb.