“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
17 Sentyabr 2019 12:14
1 582
Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M. F. Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub.
K.Zeynalov həmçinin bildirib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
30 Dekabr 2025 18:03
2 023
30 Dekabr 2025 18:01
1 764
30 Dekabr 2025 17:36
1 848