Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
30 Sentyabr 2019 16:36
1 806
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 30-da şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Cəlilabad rayonunda vətəndaşları qəbul edib. Mərkəzdən bildirilib ki, qəbulda Cəlilabad rayon sakinləri ilə yanaşı, Yardımlı, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb. Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Məleykə Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
25 Oktyabr 16:43
1 043
25 Oktyabr 13:34
1 162
25 Oktyabr 10:48
1 407