İctimai birlik etiraz bəyanatı yayıb Hadisə

İctimai birlik etiraz bəyanatı yayıb

Niyaməddin Orduxanlı: "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun mövqeyi birbaşa Azərbaycan qanunlarına olan hörmətsizlikdir"

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi" barədə yaydığı bəyanat ciddi etiraza səbəb olub. Bununla bağlı etiraz bəyanat qəbul edən "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyi həmin bəyanatı forumun katibiyinə də göndərib.
Bəyanatı mətbuata birliyin sədri Niyaməddin Orduxanlı yayıb. "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin bəyanatında deyilir: "6 avqust 2014-cü il tarixdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi" barədə bəyanat yaymışdır. Həmin bəyanatda Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərovun həbslərini Azərbaycan hökumətinin represiyası kimi təqdim edilir və bu qınanılır. Biz bir birlik olaraq bəyan edirik ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yaydığı bu bəyanat birbaşa Azərbaycan qanunlarına olan hörmətsizlikdir və bu siyasi xarakter daşıyır. Hal-hazırda adı çəkilən şəxslərin istintaqı gedir və bunlara qarşı olan ittihamlar vətənə xəyanət və vergidən güllü miqdara yayınma maddələridir. İstintaqın getdiyi bir dövrdə belə bir bəyanatla çıxış etmək istintaqa təzyiq xarakteri daşıyır. Bütün bunlara qəti şəkildə etiraz edirik və VCF tərəfindən müdafiə olunmasını dair etiraz məktubunu qurumun Katibliyinə göndərilməsini məqsədəmüvafiq hesab edirik. Birliyin bəyanatını nəzərdən keçirməyi xahiş edirik".