12 Noyabr 16:44
12 Noyabr 16:37
Çin Fars körfəzi regionunda sabitliyin bərpasına dəstək verəcək
Yaponiya Baş naziri ASEAN və APEC sammitlərində iştirak edəcək
Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
9 Yanvar 2020 11:19
2 051
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində hələlik nömrələnməyən az fəal oblast meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər Tac kütlə müşahidə olunmayıb.
Elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub.
Hesabat dövründə ACE kosmik gəmisindən əldə olunan məlumatlar əsasında demək olar ki, Günəş küləyi üçün sakit şərait hökm sürür. 8 yanvarda ümumi maqnit sahəsində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir.
Proqnoz dövründə (09 - 11 yanvar) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Dövr ərzində, geomaqnit sahədə ümumən sakitlik davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı 09 yanvar tarixində 5%-dən, 10 və 11 yanvar tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.
12 Noyabr 21:09
875
12 Noyabr 20:18
875
12 Noyabr 18:50
861