“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
23 Yanvar 2020 13:08
1 561
AMEA Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi, dosent Rafiq Səfərov AMEA alimlərinin Avropanın elmi müəssisələrində postdoktoral tədqiqatlar aparmaları məqsədilə elan edilmiş müsabiqənin qalibi olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rafiq Səfərov proqram çərçivəsində Fransanın Monpelye Universitetinin Yer elmləri laboratoriyasında 6 ay müddətində postdoktoral tədqiqat işini yerinə yetirəcək. Məqsəd Qafqaz ərazisində Yer qabığı horizontal hərəkətlərinin və deformasiya sürətlərinin zaman-məkan paylanma qanunauyğunluqlarının tədqiqidir. Bu elmi-tədqiqat işində GNSS, həmçinin digər geofiziki məlumatların emalı, riyazi-fiziki modellərin tərtibi və geoloji interpretasiyanın yerinə yetirilməsi nəzərdə tutulur.
Tədqiqat işi Monpelye Universitetinin Yer elmləri laboratoriyasının elmi tədqiqatçısı, Aralıq dənizi və Orta Şərq regionunun kinematikası və geodinamikası üzrə çalışan doktor Filip Vernantın rəhbərliyi altında aparılacaq.
30 Dekabr 2025 18:03
2 114
30 Dekabr 2025 18:01
1 855
30 Dekabr 2025 17:36
1 939