Dövlət İmtahan Mərkəzi işçi qəbulu elan edir Hadisə

Dövlət İmtahan Mərkəzi işçi qəbulu elan edir

Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi müqavilə əsasında işçi qəbulu elan edir.
Mərkəzdən bildirilib ki, namizədlər musiqi sənəti istiqaməti üzrə müvafiq bilik və bacarıqlara malik olmalıdır:
-Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;
-Azərbaycan və rus dillərini bilmək;
-Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;
-Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;
-Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;
-Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.
İşə götürülənin vəzifəsi, əməkhaqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını Dövlət İmtahan Mərkəzinin saytından yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.