“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
14 Fevral 2020 16:22
4 410
Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili üzrə növbəti beynəlxalq imtahanlar keçirilib. İmtahanların gedişi zamanı iştirakçıların bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. DİM-dən bildirilib ki, bu həftə ərzində 5 nəfər (1 yerli və 4 əcnəbi) “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını verib. Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan 3 saatlıq onlayn imtahanda iştirakçıların oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları yoxlanılıb. “Ən tez və ədalətli” (fast&fair English test) sayılan PTE-A imtahanının nəticələri 1-2 iş günü ərzində onlayn şəkildə elan edilir və 60-dan çox ölkənin müxtəlif ali təhsil müəssisələrində qəbul edilir.
2017-ci ildən etibarən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olan Dövlət İmtahan Mərkəzinin saytında ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanlar haqqında ətraflı məlumat verilib. Qeyri-iş günləri imtahanlar keçirilmir.
19 Sentyabr 12:36
882
18 Sentyabr 21:11
1 092
18 Sentyabr 20:03
1 169