FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir Hadisə

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir. Belə ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir. Qeyd edək ki, hazırda dezinfeksiya işləri davam etdirilir.