“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
8 Aprel 2020 10:11
1 855
“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi açılıb.
Ü. Aslanov külli miqdarda mənimsəmədə təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) ittihamı verilib.
Ü. Aslanov barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.
Qeyd edək ki, bundan əvvəl “Bakı Lift Təmir-2» İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, “Lifttəmir” İstehsalat Birliyində (İB) müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov və “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımovun barələrində cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
10:53
889
19 Dekabr 20:27
1 988
19 Dekabr 19:54
1 953