Vətəndaş nikahını qanuniləşdirmək çağırışı Hadisə

Vətəndaş nikahını qanuniləşdirmək çağırışı

Fəzail Ağamalı: "Cəmiyyətdə buna qadağa qoymaq olmaz"

Azərbaycanda Ailə Məcəlləsinə vətəndaş nikahı ilə bağlı maddənin əlavə olunması təklif edilib.
Bu təkliflə Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin ötən gün keçirilən birgə iclasında deputat Fəzail Ağamalı çıxış edib.
Millət vəkili bildirib ki, vətəndaş nikahının olması bir faktdır və cəmiyyətdə buna qadağa qoymaq olmaz.
F.Ağamalının sözlərinə görə, vətəndaş nikahı ilə uşaq dünyaya gətirən ata və ana məsuliyyət daşımalıdır: "Biz bu məsələni gündəmə gətirməliyik".