"Azercell" "BluTV" xidmətini təqdim edib Hadisə

"Azercell" "BluTV" xidmətini təqdim edib

“Azercell” şirkəti “BlutTV” ilə eksklüziv tərəfdaşlığa imza ataraq, son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını abunəçiləri üçün əlçatan edib.
Şirkətdən verilən məlumata görə, aprel ayının 21-dən başlayaraq “Azercell”, “BluTV” vasitəsilə izləmə rekordları ilə seçilən türk kinematoqrafiyasını, xüsusi olaraq “BluTV” üçün lentə alınan türk film və seriallarını smartfonlara gətirir.
Xidməti aktiv etmək qaydası çox sadədir: “iOS”, “Android”, PC və “Smart TV” əməliyyat sistemlərini dəstəkləyən “BluTV” tətbiqini yüklədikdən sonra, gündə 0,25 AZN ödəməklə günlük paketi və ya ayda 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Odur ki, xidmətə günlük qoşulmaq üçün “Start gun” açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *551#YES yığmaq kifayətdir. Aylıq paketi aktiv etmək üçün isə “Start ay” açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya ekranda *554#YES yığmaq lazımdır.
Qeyd edək ki, “Azercell”in “BluTV” xidməti çərçivəsində aylıq abunəliyə ilk dəfə qoşulan müştərilərə xidmətdən 7 günlük pulsuz istifadə imkanı təqdim edilir.
Daha traflı: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/.