Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının növbəti iclasında yazılı təkliflər müzakirəyə çıxarılacaq Hadisə

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının növbəti iclasında yazılı təkliflər müzakirəyə çıxarılacaq

“Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasında müzakirə aparıldı, fikirlər irəli sürüldü. Əslində bununla da Fondun fəaliyyəti başlayıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, həkimlərin sosial təminatı, təbliğat və digər təkliflər irəli sürülüb: “Növbəti iclasda yazılı təkliflər hazırlanacaq, təkliflər ekspertlər tərəfindən qiymətləndiriləcək və İctimai Nəzarət Şurasının növbəti iclasında bu məsələlər müzakirəyə çıxarılacaq”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva nəzərə çatdırıb ki, yanvarda avadanlıqlar, qoruyucu vasitələr barədə siyahı hazırlanıb, sifariş edilib: “Hansısa xərclərə ehtiyacımız olacaqsa, biz təkliflərimizi hazırlayaraq Fondun İctimai Nəzarət Şurasına təqdim edəcəyik”.
İ. Məmmədov Fondun vəsaitlərinin xərclənməsi istiqamətlərinin Prezident İlham Əliyevin Fondun yaradılması ilə bağlı müvafiq fərmanında əksini tapdığını da nəzərə çatdırıb : “Həmin vəsaitlər bu istiqamətlərdən kənar xərclənə bilməz”.