“Azərbaycan dili" fənni üzrə imtahan olacaq Hadisə

“Azərbaycan dili" fənni üzrə imtahan olacaq

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün "Azərbaycan dili" fənni üzrə imtahanda iştirak etmək məqsədilə qeydiyyatdan keçən abituriyentlərinin sayı açıqlanıb. Bu il "Azərbaycan dili" fənni üzrə test imtahanda iştirak etmək üçün 236 abituriyent qeydiyyatdan keçib. 2019-cu ildə keçirilmiş "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan 157 abituriyent qeydiyyatdan keçib.
Xatırladaq ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tədrisi digər dillərdə aparılan bölmələrin məzunları "Azərbaycan dili" fənni üzrə imtahan verməlidirlər. Ötən il "Azərbaycan dili" fənni üzrə imtahandan "məqbul" qiymət alan abituriyentlər bu il həmin imtahanı vermədən müsabiqəyə qatıla bilərlər. Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.