Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
27 May 2020 14:00
2 716
Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri Küdürü adlanan ərazidə nəhəng gürzə ilanı öldürüblər.
İlanın uzunluğu təxminən 2 metr olub. Bildirilir ki, Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub. Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanların saylarının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanlarının sayının artdığı bildirilir.
Qeyd edək ki, gürzə ilanları əsasən, dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır.