Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
4 İyun 2020 17:01
2 093
6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı müvafiq olaraq 10 və 11 iyun tarixlərinə dəyişdirilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Nazirlər Kabinetinin 4 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcəkdir. Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10 da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər. İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır. “İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.
25 Oktyabr 16:43
1 267
25 Oktyabr 13:34
1 372
25 Oktyabr 10:48
1 603