

14 Oktyabr 14:55
AYNA: Daha bir neçə şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqələrin qalibləri müəyyənləşib
Hərbi qulluqçular əyani təhsil müddətində sərəncamda olacaqlar
Putin və Əhməd əl-Şaraa Rusiya hərbi bazalarının taleyini müzakirə edəcək
Rusiya AİHM-in Gürcüstana təzminat ödənilməsi qərarını yerinə yetirməyəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mal-qaranın kəsimi zamanı olan zəruri qaydaları açıqlayıb.
AQTA-dan verilən məlumata görə, mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir. Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı, kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli, kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı, kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməlidir.
Qeyd edilib ki, əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı, axlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı, ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalıdır. Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.