Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
18 İyun 2020 17:40
1 848
Koronavirusdan dünyasını dəyişdiyi deyilən professor Ziyafəddin Əsədov bir ay idi ki, işə çıxmırmış.
Bu barədə Trend-ə açıqlamasında Neft-Kimya Prosesləri İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Zaur Ağamalıyev bildirib. Onun sözlərinə görə, son günlərdə professorun nəfəs almasında problem yaranmışdı:
“Ziyafəddin müəllim bir ay idi işə gəlmirdi. İki gün bundan qabaq onda nəfəsalma problemləri yaranmışdı və bununla əlaqədar onu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna götürmüşdülər. Orada professordan koronavirusun olub-olmaması ilə bağlı test alınıb. Deyilənə görə, testin cavabları müsbət çıxıb”.
Qeyd edək ki, tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədovun iyul ayının 19-da 70 yaşı tamam olacaqdı.