Hərbçilər ölkədən çıxarkən... Hadisə

Hərbçilər ölkədən çıxarkən...

Bundan sonra müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar

Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməsi təklif olunur.
Qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
Qanun layihəsi Milli Məclisin gələn həftə keçiriləcək növbəti iclasında müzakirə ediləcək.