“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
26 İyun 2020 12:13
2 786
Bu il ümumtəhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.
Bu barədə Trend-in sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib.
Nazirlikdən qeyd edilib ki, V sinif üçün bəzi dərsliklər isə bu tədris ilində ilk dəfə şagirdlərin istifadəsinə veriləcək.
Bu il I siniflər üçün "Azərbaycan dili (tədris dili)", "Riyaziyyat", "Azərbaycan dili (dövlət dili)", "İngilis dili (Happy Campers)", "Musiqi", "Texnologiya" və "Həyat bilgisi" dərslikləri yenidən hazırlanaraq nəşr ediləcək. Bunlardan yalnız “Azərbaycan dili” (tədris dili) və “Riyaziyyat” dərslikəri bu il ilk dəfə olaraq, 2 hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci rübünü, ikinci hissəsi 2-ci rübünü əhatə edəcək. Musiqi və Texnologiya dərslikləri isə yeni hazırlanıb. Bu fənnin tədrisi bu vaxta qədər müəllim üçün metodik vəsaitlər əsasında həyata keçirilirdi.
V siniflər üçün isə bu il "Azərbaycan dili (dövlət dili)", "Rus dili (əsas xarici dil)", "Rus dili (ikinci xarici dil)", "İngilis dili (əsas xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri yenidən hazırlanaraq, nəşr ediləcək. 5-ci siniflər üçün "Rus dili (ikinci xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri ilk dəfədir ki, bu il tərtib edilir.
21 Sentyabr 20:08
665
21 Sentyabr 19:02
784
21 Sentyabr 19:00
714