NATO müharibə zamanı aviasiya yanacağı qıtlığı ilə üzləşə bilər
Komitə sədri: Kənd təsərrüfatı məhsullarına 10%-lik vergi çətinliklər yarada bilər
Rəsmi Bakı: Azərbaycan Dublində Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Türkiyə rəsmiləri Ermənistanla sərhəddə dəmir yolu tikintisinin gedişatını yoxlayıb
2 İyul 2020 19:54
2 828
2020-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7 faiz azalaraq 1 milyard 759,5 milyon manat olub.
Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 252,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 71,2 faizini təşkil edib.
2020-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37,0 faiz azalaraq 235,2 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 146,5 milyon manat olub.
12:52
182
12:50
168
12:49
182