12:56
126
NATO qüvvələri qarşıdakı on il ərzində genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə aviasiya yanacağı qıtlığı ilə üzləşmək riski daşıyır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin hesabatına istinadən məlumat yayıb.
Hesabatın məlumatlarına görə, qazıntı enerji daşıyıcılarından imtina və neft emalı güclərinin azaldılması "təhlükəli zəifliklər" yaradır. Yaxın on ildə Şimali Amerikadan olan müttəfiqlərin dəstəyi ilə Avropa ölkələrini əhatə edən böyük bir münaqişə aviasiya yanacağından istifadənin kəskin artmasına gətirib çıxaracaq. Mövcud ehtiyatlar isə bu tələbatı ödəyə bilməyəcək.
"Hesabat NATO-da kifayət qədər yüksək səviyyədə və bütün alyans boyu yayılıb", - deyə mərkəzin nümayəndəsi nəşrə bildirib. "Politico" qeyd edir ki, hesabat blokun rəsmi mövqeyini deyil, tədqiqatçıların müstəqil rəyini əks etdirir.
Avropalı rəsmilərdən biri nəşrə açıqlamasında NATO-nun neft emalı güclərini necə artıra biləcəyi ilə bağlı suala "hələlik cavab olmadığını" bildirib.
Məryəm Quliyeva