“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib
“Bu, Britaniyanın Avropa İttifaqına geri qayıtması anlamına gəlmir”
“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir”
Dövlət Agentliyi: Dənizçilərimizi müharibə zonalarından uzaq durmağa çağırırıq
2 İyul 2020 20:15
3 388
Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.
Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.