Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
10 İyul 2020 18:17
3 101
“Hər bir yoluxucu xəstəliyin xüsusiyyəti budur ki, insandan-insana keçir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərərinə görə, bunun qarşısını almaq sadəcə bu zənciri qırmaq vasitəsilə ola bilər ki, xəstə insanlar sağlam insanla təmasda olmasın: “Ailələr, cəmiyyət içində yoluxmalar varsa, onlar kiçik ocaqlar kimi davam etdirilir. Bunun qarşısını birdəfəlik almaq çox çətindir. Amma biz karantin rejiminin yumşaldılması qərarını məhz yoluxmaların sayının artmasına görə vermədik. Yoluxmalarla sağalmalar arasında olan fərqin artması, yəni xəstəxanalarda, reanimasiyada çarpayıların dolması daha önəmlidir.
Biz artıq bu virusla yaşamağa məcburuq. Biz bu virusla nə qədər müddət bir yerdə yaşayacağıq, peyvənd nə zaman olacaq, hamının istifadəsi üçün təhlükəsiz olacaqmı, onu bilmirik. Daima sıx karantin rejimində də yaşaya bilmərik, bu, mümkün deyil. Biz sadəcə vətəndaşlarımıza doğru və keyfiyyətli tibbi xidməti göstərmək üçün çarpayı fondumuzu düzgün istifadə etmək üçün bu metodlardan istifadə edirik. Bugünkü gündə sağalmaların sayı artıb və bəlli bir stabilləşmə var. Ona görə də stabilləşmədən danışa bilirik”.