Əlilliyi olan şəxslərlə bağlı Avropa qanunvericiliyinə dair təqdimat keçirilib Hadisə

Əlilliyi olan şəxslərlə bağlı Avropa qanunvericiliyinə dair təqdimat keçirilib

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində Almaniyadan gəlmiş ekspert-hüquqşünas Fabian Vollinq tərəfindən Avropa İttifaqının əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinə dair təqdimat keçirilib. Təqdimat "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində təşkil olunub. F.Vollinq əlilliyi olan şəxslərlə bağlı Avropa və Azərbaycanda tətbiq olunan önəmli konvensiyalar, qanunvericilik bazaları haqqında mərkəzin mütəxəssislərinə geniş məlumatlar verib. Tədbirdə həmçinin son vaxtlarda aparılan təkmilləşdirmə işlərinin müsbət nəticəsi kimi Azərbaycanın müvafiq sahədə qanunvericiliyinin müəyyən bir hissəsinin artıq Aİ qanunvericiliyinə uyğunlaşdırıldığı da vurğulanıb, bununla bağlı nümunələr göstərilib. Təqdimat Mərkəzin mütəxəssislərinin bilik potensialının artırılması məqsədinə xidmət edib.
Qeyd edək ki, Avropa Qonşuluq Siyasəti və Tərəfdaşlığı çərçivəsində fəaliyyət istiqamətlərindən biri də Avropanın qabaqcıl ölkələrinin ekspertləri tərəfindən sosial müdafiənin bütün sahələri üzrə ölkəmizə ekspertiza dəstəyinin göstərilməsidir. Bununla əlaqədar olaraq Aİ ölkələrindən Azərbaycana mütəmadi olaraq ekspert missiyaları təşkil olunur.