Britaniyalı iş adamı beynəlxalq axtarışa verilib Hadisə

Britaniyalı iş adamı beynəlxalq axtarışa verilib

Azərbaycan Böyük Britaniyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Böyük Britaniya vətəndaşı, 50 yaşlı Ceyms Aleksandr Ferquson Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə təqsirləndirilir. O, ölkəni tərk etdiyi üçün Azərbaycanda hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib.
Ceyms Aleksandr Ferquson Azərbaycanda bizneslə məşğul olurmuş.