Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşir
Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejiminə daxil olmayacaq
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
Böyük Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına daxil etdi
28 İyul 2020 10:42
3 906
Bakının ekoloji baxımdan ən görməli yerlərindən biri olan "Yasamal gölü"nün taleyi nəhayət həll olunub.
Sakinlərdən Trend-ə verilən məlumata görə, rayon İcra Hakimiyyəti onlarla görüş keçirib.
Su hövzəsinin ərazisində yaşayış binasının tikintisinə yenidən başlanılması ilə bağlı söz-söhbətlərə son qoyulub və hətta ərazidə tikintidən qalan tullantılar oradan çıxarılaraq abadlıq işlərinə başlanılıb. Sakinlərə söz verilib ki, su hövzəsi əvvəlki vəziyyətinə qaytarılacaq.
Məsələni dəqiqləşdirmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən faktı təsdiqləyərək bildirdilər ki, "Yasamal gölü" abadlaşdırılaraq sakinlərin xeyrinə işlər görüləcək:
"Orada abadlıq işləri aparılacaq. Sonda tikinti olan ərazidə əlverişli şərait yaradılacaq".

