Əli Kərimli diktatordu Hadisə

Əli Kərimli diktatordu

Arzu Şirinova

Təkrar olsa da bu mövzuya toxunmaq istədim. Əli Kərimlinin yanında olanların keçmiş millət vəkili İkram İsrafilin oğlunun toy məclisinə millət vəkili Aydın Mirzəzadənin və BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlunun dəvətli olmasına aqressiv münasibətlərini deyirəm. Onların sözlərini olduğu kimi qeyd etməyə lüzum görmürəm. Ancaq qənaətləri belədir ki, müxalifətdəsənsə hakimiyyətdə olanlara düşmən kəsilməlisən. İllərdir bu düşüncədə olanlara şahidi olduğum bir hadisəni xatırlatmaq yerinə düşər.
Parlamentdə jurnalist olaraq "7 Gün" qəzetini təmsil etdiyim vaxtlar idi. Keçmiş millət v’kili Səyyad Aran xarici səfəriylə bağlı jurnalistlərə Milli Məclisin foyesində müsahibə verirdi. Ondan bir qədər aralıda da eyni səfərin təəssüratlarını Əli Kərimli jurnalistlərlə bölüşürdü. Birdən Səyyad Aran sözlərinə ara verdi. Hiss etdik ki, Əli Kərimlinin dediklərinə qulaq asır. Əli Kərimli də səsinin gur yerinə salıb danışırdı. Səyyad Aran arxaya dönüb "Əli səninlə razılaşdıq axı, bu məsələni qabartmayacağıq" desə də, mənası olmadı. Səyyad Aran "bu necə adamdır" gileyini bildirib, müsahibəsinə davam elədi. Sonradan ondan soruşdum ki, "Əli Kərimli razılaşmanı niyə pozub, heç bununla bağlı söhbətiniz olubmu?" Səyyad Aran gülərək dedi:"Əli Kərimli deyir ki, müxalifətçi olduğunu necə sübut eləməlidir, fərqli fikirlər söyləməli və hakimiyyətin əleyhinə danışmalıdır ki, ona inansınlar".
Jurnalist olaraq onun siyasi fəliyyətini müşahidə zamanı gəldiyim qənaət hər zaman belə olub-Əli Kərimli diktatordu. Onun sözünü deməyənləri, fikirlərini təsdiqləməyənləri ya qəbul eləmir, ya da satqın kimi qələmə verir. Yəni Əli Kərimlinin düşüncələri, tutduğu yol demokratiya ilə daban-dabana ziddiyyət təşkil edir. Halbuki, addımbaşı demokratiyanı əlində bayraq edir. Əli Kərimlidən olsa özünün hakimiyyətə gəlməsi üçün sözünü demək bacarığı olan hər kəsin tutularaq türmələrə salınmasına razı olar. Təki hakimiyyətə gəlsin və qisasını alsın. Hakimiyyətə gəlmək xatirinə şeytanla da belə sövdələşməyə gedər. Necə ki, Rusiyanın layihəsi olan və biabırcasına ifşa olunan Milli Şurada yer aldı. Həmin Milli Şurada Azərbaycanın siyasi kursunda dəyişiklik vəd edən Əli Kərimli və onun kimilər, ötən il keçirilən prezident seçkilərində qalib gələcəkləri halda referendum olacağını bəyan elədilər. Və düşüncələri də Azərbaycanı Avropaya inteqrasiya yolundan döndərmək idi. Ancaq bu xalq Əli Kərimlini və Milli Şuradakıların məqsədini yaxşı bildiklərindən onlar növbəti dəfə uduzdular.
Əli Kərimli və özü düşüncədə olan ətrafı kimsəni xəyanətdə suşlaya bilməz. Çünki ən böyük xəyanətkar Əli Kərimlidir. Milli Azadlıq Hərakatının lideri, eks prezident Əbülfəz Elçibəyə xəyanətini deyirəm. AXCP-ni parçalamaqla, mirzələrinə Elçibəy haqqında yazılar yazdırmaqla, Elçibəyə etimadsızlıq məsələsini qoymaqla Əli Kərimli xəyanətini təsdiqlədi. Bu gün elədiyi xəyanətlərə haqq qazandırmaq üçün hüç bir arqumunti olmayan birisinin kimlərisə qınamağı, müxalifətçinin övladının şad günündə hakimiyyətdə olan birinin həmin toyda iştirakına xor baxmağı bitmiş siyasətçinin, eyni zamanda qısqanc, paxıl birinin son çabalarıdır.