“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
14 Avqust 2020 13:10
1 799
Ceyhun Səlimov küçəsi, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının (Hərbi Hospital) qarşısında yerləşən Bənövşəyi xəttin üçüncü (B3) stansiyasında son tamamlanma işləri davam edir.
Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, işlər Bakı Metropoliteninin nəzarəti altındadır:
“Bu stansiya üç səviyyədən ibarətdir və hazırda da yerüstü səviyyədən platforma səviyyəsinə qədər olan hissədə tikinti ilə bağlı son tamamlanma işləri gedir. Burada işlərin hər biri ardıcıllıqla və texnoloji proseslərə uyğun şəkildə tənzimlənir. Eyni zamanda stansiyanın təchizatı, yəni gələcəkdə hərəkətin təşkili ilə bağlı bütün istiqamətlərdə işlər davam edir. Bundan əvvəlki açıqlamarda bildirmişdik ki, eskalatorların və liftlərin quraşdırılması başa çatdırılıb və bundan əlavə olaraq stansiyadan hərəkətin təşkili ilə bağlı lazım olan kommunikasiya işlərinin görülməsi davam edir. Hazırda yol infrastrukturunun qurulması ilə bağlı işlər də tamamlanma mərhələsindədir və daim olaraq nəzarətdə saxlanılır”.
B.Məmmədov qeyd edib ki, "B3" stansiyasının arxasında keçid kamerası var ki, orada da son tamamlanma işləri görülür:
“Bu stansiyanın arxa hissəsində keçid kamerası var. Bu kamera vasitəsi ilə qatarlar bir yoldan digər yola keçid edərək əks istiqamətdə hərəkət etməsi üçün şərait yaradır. Ona görə məhz bu stansiya böyük bir ərazini əhatə edir".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiya istismara verildikdən sonra Xocasən deposunun bir hissəsinin də istifadəyə veriləcəyi gözlənilir:
“Xocasən deposunda da işlər üç mərhələdən ibarətdir və həmin işlərin birinci mərhələsinin "B3" stansiyası təhvil verildikdən sonra başa çatacağı gözlənilir. Hazırda "Avtovağzal"stansiyasından Xocasənə qədər olan hissədə yol infrastrukturunun qurulması ilə bağlı çox əhəmiyyətli işlər artıq görülüb və qalan hissənin tikintisi də sürətlə davam etdirilir. Deponun özündə də qatarların təmir, baxış sahəsinin inşaatı istiqamətində lazımı addımlar atılır”.
Mövcud pandemiya şəraitinə toxunan B.Məmmədov bildirib ki, Bakı Metropoliteninə əsas avadanlıqlar və sistemlər xaricdən gətirilir: "Ona görə də, metroda görülən işlərin bir hissəsi ölkədən kənarda olan vəziyyətdən asılıdır. Əgər vəziyyət müsbətə doğru irəliləyərsə, bu ilin sonuna kimi "B3" stansiyası təhvil veriləcək".
1 Noyabr 17:46
1 820
1 Noyabr 14:21
1 813
31 Oktyabr 20:55
2 233