“Ölkəmiz xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda müstəqil siyasət kursunu gücləndirdi”
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
“Zəngəzurda mövcud olan kilsələrin ermənilərə heç bir aidiyyatı yoxdur”
Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edildi
Azərbaycanlı alpinist Vəfa Musayevadan bəhs edən sənədli film təqdim edildi
18 Avqust 2020 12:51
2 380
Penitensiar xidmətin tabe qurumlarının digər əməkdaşlarının tərbiyə işinin təşkili sahəsində funksional vəzifələri məlum olub.
Bu Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat”da əksini tapıb.
Təlimata əsasən, tərbiyə işinin təşkili şöbəsinin baş inspektoru cəza müddətinin sonuna üç ay qalmış məhkumlarla əmək və məişət təminatı ilə əlaqədar fərdi söhbətlər aparır və lazımi tədbirlər görəcək.
Həmçinin, o, hər bir məhkumla onun əməyinə və məişət şəraitinə, habelə azadlığa buraxılması ilə əlaqədar hazırlıq tədbirlərinə dair məsələlər üzrə söhbətlər aparacaq, cəzaların icrası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada azad edilən məhkumlar haqqında yerli icra hakimiyyəti orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə göndərilməsi üçün məlumatlar hazırlayacaq.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA