Mübariz Qurbanlını Gülçöhrə Məmmədova əvəzlədi Hadisə

Mübariz Qurbanlını Gülçöhrə Məmmədova əvəzlədi

Milli Məclis dünənki iclasında gündəlikdəki məsələlərin müzakirəsi başlayıb.
Deputatlar Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin edilməsinə razılıq veriblər. Bundan başqa, "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərara dəyişiklik edilməsi barədə məsələyə də baxıb.
Dəyişikliyə görə Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Gülçöhrə Məmmədova təyin edilib.
Bundan əvvəl həmin qrupun rəhbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri, YAP icra katibinin müavini, keçmiş deputat Mübariz Qurbanlı olub.