Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
27 Avqust 2020 11:07
1 785
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla İranın Kooperativlər, Əmək və Sosial Rifah nazirinin müavini Ahmad Meydarinin onlayn formatda görüşü olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.
A.Kərimov ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial sahədə aparılan islahatlar, əldə olunan innovativ nailiyyətlər barədə məlumat verib. O, pandemiya dövründə Azərbaycanda reallaşdırılan geniş mqiyaslı iqtisadi və sosial dəstək tədbirlərini qeyd edib. Nazir müavini əmək bazarı ilə bağlı islahatları, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini diqqətə çatdırıb.
A.Meydari ölkəsində əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan işləri, islahat tədbirlərindən bəhs edib.
Görüşdə Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq təcrübəsinin, təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyi qeyd edilib, ikitərəfli əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
15 Noyabr 16:55
1 323
14 Noyabr 19:54
1 799
14 Noyabr 19:10
1 946