Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
27 Avqust 2020 18:55
3 094
“Virtual məktəb” platforması “Microsoft Teams” üzərindən qurulub.
Bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.
Onun sözlərinə görə, bu, “Microsoft” şirkətinin məhsulu olduğundan bütün dillər hələ ki, təmsil olunmayıb: “Amma bu istiqamətdə layihə başlayandan məsələni qaldırmışıq. “Microsoft” şirkəti ilə bütün proqram təminatını hazırda tərcümə etdiririk. Bu, bir az vaxt tələb edir. Düşünürük ki, yaxın zamanlarda burada Azərbaycan dili də istifadəyə veriləcək, çünki bunu geniş istifadə edən ölkələrdən biriyik. Bu istiqamətdə də əməkdaşlığımızı davam etdiririk. Bundan başqa, hazırkı sistemlə bağlı qeyd edim ki, yay aylarında təxminən 30 minə yaxın təhsilverən üçün proqram təminatından istifadə ilə bağlı təlimlər keçirilib. Proqramdan istifadə kifayət qədər genişlənib”.