USAID Qarabağı minalardan təmizləyəcək Hadisə

USAID Qarabağı minalardan təmizləyəcək

"Halo Trust" şirkəti separatçı rejimə 5 milyon dollar qrant ayırıb

Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda müharibədən qalmış minaların zərərsizləşdirilməsi üzrə proqram 2016-cı ilə tam reallaşdırılacaq. "RİA Novosti"nin verdiyi məlumata görə, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) İrəvan ofisinin direktoru Karen Hilliard deyib.
Onun sözlərinə görə, minalardan təmizlənmə ilə məşğul olan "Halo Trust" şirkətinin ayırdğı 5 milyon dollar dəyərindəki qrant çərçivəsində 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcək: "Dağlıq Qarabağda USAID-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir. 2000-ci ildən etibarən 251 sahədə işlər aparılıb, nəticədə təqribən 27 min hektar torpaq sahəsi kənd təsərrüfatı üçün yararlı olub".
"Halo Trust" Dağlıq Qarabağda fəaliyyəti ərzində 67 mindən çox minanı zərərsizləşdirib.