Prezident sərəncam imzalayıb Hadisə

Prezident sərəncam imzalayıb

General Əlağa Şıxlinskinin 150 illik yubileyi keçiriləcək

Azərbaycan рrezidenti İlham Əliyev general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın verdiyi xəbərə görə, sərəncama əsasən, Müdafiə Nazirliyi və Təhsil Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Azərbaycan Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.