“Fövqəladə hallar könüllüləri” komandası “Zəfər Liqası”ının qalibi olub
Tovuzda 10 yaşlı Nərmini qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovla bağlı qərar verilib
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub
Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
13 Noyabr 2020 10:39
1 659
Möhtərəm Cənab Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğısı daim hiss olunur və məhz bunun nəticəsidir ki, ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirmiş, onlara məxsus minik avtomobilləri, həmçinin müxtəlif şəxsi əşyaları yarasız hala salınmış, yaşadıqları mənzillərə ciddi ziyan dəymişdi.
Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilib.
Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq, eləcə də hər hansı təxribat halı baş verdikdə onlara dəstəyini davam etdirəcək.
15:26
294
14:53
476
14:09
553