Müsavat AXCP-ni qınadı Hadisə

Müsavat AXCP-ni qınadı

Müsavat Partiyası müxalifətçilərin ötən gün keçirilən mitinqlə bağlı ittihamlarına cavab verib. Partiya sədrinin müavini Elman Fəttah AXCP rəhbərliyini Müsavata qarşı apardığı savaşa görə qınayıb: "Biz hələ də müxalifətin bir sıra üzvlərinə başa sala bilmirik ki, mübarizənin müxalifətin daxilində getməsi məqsədəuyğun deyil. Bu düsturu anlamadıqlarına görə elə bilirlər ki, Müsavat onların rəqibidir. Müsavat müxalifətdə heç kimi özünə rəqib görmür. Milli Şuranın keçirdiyi mitinqlərdə iştirak etmişik. Hər zaman müxalifətin yanında olmuşuq. Amma AXCP rəhbərliyinin mitinqə getməməklə bağlı çağırışlar edirdi. Sonra da mitinqi gözdən salmaq üçün təbliğat apardılar. Biz bunu qınayırıq".

Əli