8 Aprel 23:38
8 Aprel 23:32
13 Yanvar 2021 13:30
2 016
Biz qan testi vasitəsilə yalnız koronavirus xəstəliyini keçirib-keçirmədiyimiz barədə məlumat ala bilərik.
Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, seroloji test yoluxmadan 1 həftə sonra müsbət olmağa başlayır. Kimsə xəstəlik yeni başlandıqda qan analizi verərsə, onda COVİD-19-a qarşı anticisimlər aşkarlanmayacaq:
“Bu, səhv nəticə olacaq. Seroloji testin analizi xəstəlik başlayandan bir həftə sonra müsbət olmağa başlayır. Xəstəliyin dəqiq analizini yaxma nümunəsindən PSR üsulu ilə aparılan müayinə nəticəsində əldə etmək olar”.
8 Aprel 23:08
861
8 Aprel 19:39
973
8 Aprel 14:22
1 351