BAMF yeni layihənin icrasına başlayıb Hadisə

BAMF yeni layihənin icrasına başlayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ Dövlət Departamentinin dəstəyilə həyata keçirilən "Məcburi köçkünlərin reinteqrasiyası məqsədi ilə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının artırılması" layihəsi çərçivəsində peşə təlimlərinə başlayıb. Üç mərhələdə keçirilməsi planlaşdırılan təlimlərin ilkin mərhələsində 33 nəfər məcburi köçkün və əhalinin aztəminatlı qrupunun üç ay boyunca kompyüter və kənd təsərrüfatı üzrə peşə təlim sahələrinə yiyələnməsi nəzərdə tutulub. Peşə təlimləri BAMF-un Tərtər rayonunda yerləşən Tərtər Peşə və Təlim Mərkəzində həyata keçirilir, təlim iştirakçılarının nəqliyyat və yemək xərcləri BAMF tərəfindən qarşılanır.
Təlimi uğurla başa vuran iştirakçılar şəxsi təsərrüfatlarını inkişaf etdirmək və kiçik sahibkarlıqla məşğul olmaq üçün güzəştli kreditlər əldə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, bu təlimlərin hər biri üç ay olmaqla üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Növbəti təlim qrupunun iştirakçıları aprel ayında seçimlər sonunda bəlli olacaqdır.